Suriyada yenə azərbaycanlı döyüşçü öldürüldü - <span style="color:red;">YENİLƏNİB
29 yanvar 2014 10:34 (UTC +04:00)

Suriyada yenə azərbaycanlı döyüşçü öldürüldü - YENİLƏNİB

Suriyada daha bir azərbaycanlı öldürülüb.


 

APA-nın xəbərinə görə, bu barədə mücahidlərə məxsus saytlar məlumat yayıb.

 

Məlumata görə, “Zübeyr Azəri” kimi təqdim olunan azərbaycanlı döyüşçü Suriyada hökumət qüvvələri tərəfindən öldürülüb. Onun kimliyi açıqlanmasa da, Azərbaycanın Şəki rayonundan olduğu bildirilir.  

 

Mücahidlər öldürülən azərbaycanlının fotosunu da yayıblar.

 

Qeyd edək ki, Suriyada vəziyyət gərginləşəndən sonra bir qrup Azərbaycan vətəndaşı bu ölkəyə gedərək müxtəlif qruplaşmaların tərkibində vuruşmağa başlayıb. Ötən müddət ərzində həmin döyüşlərdə 100-dən çox azərbaycanlı öldürülüb. Onların bir çoxunun fotosu mücahidlər tərəfindən sosial şəbəkələrdə yayılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2041

Oxşar yazılar