Suriyada öldürülən azərbaycanlı İnterpol xətti ilə axtarışdaymış
06 fevral 2014 11:44 (UTC +04:00)

Suriyada öldürülən azərbaycanlı İnterpol xətti ilə axtarışdaymış

Dünən Suriyada öldürülməsi barədə məlumat yayılan azərbaycanlının İnterpol xətti ilə axtarışda olduğu müəyyənləşib.

 

APA-nın məlumatına görə, mücahidlərin Urfan kimi təqdim etdiyi şəxs Xudat rayon sakini, 39 yaşlı Urfan Ağcabəyov olduğu məlum olub.

 

Azərbaycan hüquq-mühafizə orqanları U. Ağcabəyov barəsində hələ bir neçə il əvvəl beynəlxalq axtarış elan edib. Onun dövlətlərarası axtarışda olması barədə məlumatlar İnterpolun saytında yerləşdirilib.

 

İnterpolun saytında yerləşdirilən məlumata görə, U. Ağcabəyov Azərbaycan, rus və puştu dillərini bilib. O, Azərbaycan Respublikasının hüdudlarından kənarda fəaliyyət göstərən silahlı qruplaşmaların yaradılmasında, onların silahlandırılmasında və həmin qanunsuz silahlı birləşmələrin tərkibində vuruşmaqda ittiham olunub.

 

Qeyd edək ki, APA ötən gün Suriyada daha 3 azərbaycanlının öldürülməsi barədə məlumat yayıb. Mücahidlərə məxsus saytların yaydığı xəbərdə ölən şəxslərdən ikisinin adı açıqlanmasa da digərinin adının Urfan olduğu qeyd olunub.  

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2988
avatar

Oxşar yazılar

Kəklik ovlamağa getmişdi, infarktdan öldü

Kəklik ovlamağa getmişdi, infarktdan öldü

14 dekabr 2024 , 18:53
Azərbaycanda tələbə vəfat etdi

Azərbaycanda tələbə vəfat etdi

14 dekabr 2024 , 15:06
Ata-ana işə getdi, 3 uşaq evdə yanıb öldü

Ata-ana işə getdi, 3 uşaq evdə yanıb öldü

14 dekabr 2024 , 14:28
Şikayətçidən rüşvət alan polis  həbs olundu

Şikayətçidən rüşvət alan polis həbs olundu

14 dekabr 2024 , 13:26
Bakı metrosunda ÖLÜM

Bakı metrosunda ÖLÜM

14 dekabr 2024 , 12:56
Beyləqanda "Jiquli" işıq dirəyinə çırpıldı, sürücü öldü

Beyləqanda "Jiquli" işıq dirəyinə çırpıldı, sürücü öldü

14 dekabr 2024 , 12:46
Yevlaxda kişi hamamda qazdan zəhərlənib öldü

Yevlaxda kişi hamamda qazdan zəhərlənib öldü

14 dekabr 2024 , 12:05
Ayı ovçunu parçaladı

Ayı ovçunu parçaladı

14 dekabr 2024 , 10:21