Bakı şəhəri, Suraxanı rayonunda ümumi sahəsi 200 kv.m olan birmərtəbəli inzibati binanın yanar konstruksiyaları 60 kv.m sahədə yanıb. Lent.az-ın xəbərinə görə, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Binanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.
Həmin rayonda daha bir yanğın hadisəsi də baş verib. Belə ki rayonda vətəndaşa məxsus ümumi sahəsi 25 kv.m olan birmərtəbəli 1 otaqlı evin yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı ev yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.