Sumqayıtda sex, Qəbələdə çayxana yandı
19 yanvar 2017 07:23 (UTC +04:00)

Sumqayıtda sex, Qəbələdə çayxana yandı

0

Bu gecə Sumqayıt və Qəbələdə yanğın hadisəsi qeydə alınıb.

 

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Sumqayıt şəhərində vətəndaşa məxsus ümumi sahəsi 150 m2 olan taxta məmulatları  sexinin taxtadan ibarət döşəməsi  10 m2 sahədə və 1 ədəd dəzgah yanıb. Sexin qalan hissəsi  yanğından mühafizə olunub. Yanğın saat 04:38-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

 

Qəbələ rayonu, İmamlı kəndində isə vətəndaşa məxsus ümumi sahəsi 36 m2 olan taxta konstruksiyadan ibarət çayxananın yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın saat 05:01-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 285

Oxşar yazılar