Fevralın 10-da saat 13 radələrində Sumqayıt şəhərində yerləşən 10 saylı peşə liseyində tüstülənmə hadisəsi baş verib.
Lent.az Daxili İşlər Nazirliyinin ( DİN ) saytına istinadən bildirir ki, liseyin dəhlizindəki elektrik qutusunda qısaqapanmadan tüstülənmə baş verib. Orada yaşayan Qubadlı rayon sakinləri Elman Yusifov, arvadı Elmira, qonşuları Əli Abdullyev və Afaq Yusifova tüstüdən zəhərlənmə ilə xəstəxanaya yerləşdiriliblər. Onlara ilkin tibbi yardım göstərildikdən sonra buraxılıblar.