Abşeron rayonu, Məmmədli kəndində süd məhsulları saxlanılan anbarda yanğın baş verib. Lent.az-ın FHN-nin saytına istinadən verdiyi məlumata görə, Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvə və texnikası hadisə yerinə cəlb olunub. Yanğın saat 17:05-də məhdudlaşdırılıb. Hazırda yanğınsöndürmə işləri davam etdirilir.
Abşeronda süd məhsulları anbarı yanır
241