Şirvanda televizor partladı: 87 yaşlı qadın öldü
06 fevral 2014 12:55 (UTC +04:00)

Şirvanda televizor partladı: 87 yaşlı qadın öldü

Fevralın 5-də Şirvan şəhərində baş vermiş yanğın hadisəsinin səbəbi məlum olub. Lent.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Şirvan şəhərində Ruqiyyə Həsənovanın yataqxanada yaşadığı otaqda televizorun partlaması nəticəsində yanğın baş verib. R.Həsənova tüstüdən boğularaq ölüb.

 

 

 

 

 

****

 

 

05.02.2014 / 19:05

 

 

Şirvanda 5 mərtəbəli yataqxananın birinci mərtəbəsində yanğın hadisəsi baş verib, nəticədə bir nəfər ölüb.


 

APA-nın Mil-Muğan bürosunun verdiyi məlumata görə, bu gün saat 17:40 radələrində Şirvan şəhəri Xəqani küçəsində yerləşən yataqxanada yanğın hadisəsi baş verib.

 

Yanğın nəticəsində həmin yataqxanada məskunlaşan Füzuli rayon sakini, 1927-ci il təvəllüdlü Həsənova Ruhiyyə Əziz qızı aldığı yanıq xəsarətlərindən və tüstüdən boğulmadan ölüb. Yanğın nəticəsində 20 kv. metrə qədər ərazi yanıb. Yanğına Fövqəladə Hallar Nazirliyinin Şirvan Yanğından Mühafizə Hissəsinin 2 avtoçəni cəlb olunub. Yanğın söndürülüb və digər ərazilərə keçməsinin qarşısı alınıb. Yanğına yaşlı qadının alovla diqqətsiz davranışı səbəb olub.

 

Faktla bağlı araşdırma aparılır.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1843
avatar

Oxşar yazılar