Şəmkirdə yük maşını aşdı
18 yanvar 2017 20:12 (UTC +04:00)

Şəmkirdə yük maşını aşdı

0

Şəmkir  rayonunda yük avtomobili aşıb.

 

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə Bakı-Qazax magistral avtomobil yolunun 385-ci kilometrliyində, Şəmkirin Seyfəli kəndi ərazisində qeydə alınıb.

 

Ağcabədi rayon sakini Cabir Mövsümovun  idarə etdiyi yük maşını yoldan çıxaraq aşıb.

 

Qəza nəticəsində xəsarət alan olmasa da, 5 tona yaxın kartof yükü yola dağılıb.

 

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 512

Oxşar yazılar