Şəkidə yol qəzası: ölən və yaralanan var
09 fevral 2014 15:38 (UTC +04:00)

Şəkidə yol qəzası: ölən və yaralanan var

Şəki rayonu, Köbər Zəyzid kəndində (rayon mərkəzindən 15 km aralı) Şəki-Oğuz yolunun 15 kilometrliyində  vətəndaşa məxsus “LADA”  markalı minik avtomobili idarəetməni itirərək ağaca cırpılıb.
 

Lent.az-nın Fövqəladə Hallar Nazirliyinin  saytına istinadən verdiyi xəbərə görə, hadisə yerinə nazirliyin  xilasetmə qüvvələri cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, minik avtomobilinin sürücüsü 1976-cı il təvəllüdlü Lətifov Vaqif Məmməd oğlu aldığı xəsarətdən hadisə yerində vəfat edib. Yanğınsöndürən-xilasedicilər V.Lətifovun cəsədini deformasiyaya uğramış avtomobildən çıxararaq, aidiyyəti üzrə təhvil veriblər. Avtomobildə olan sərnişin yanğınsöndürən-xilasedicilər hadisə yerinə çatana kimi Təcili Tibbi Yardım Stansiyası tərəfindən xəstəxanaya aparılıb. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1897

Oxşar yazılar