Şəkidə piyadanı maşın vurdu
05 yanvar 2017 23:35 (UTC +04:00)

Şəkidə piyadanı maşın vurdu

Şəkidə 32 yaşlı kişini maşın vurub.

 

Şəki Mərkəzi Rayon Xəstəxanasından (MRX) APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, yanvarın 5-i günorta saatlarında rayonun Böyük Dəhnə kənd sakini, 1984-cü il təvəllüdlü Feyruz Faiq oğlu Feyziyev müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya daxil olub. Müayinə zamanı məlum olub ki, 32 yaşlı F. Feyziyev yolu keçmək istəyən zaman onu maşın vurub. F. Feyziyevin üzərində cərrahiyə əməliyyatı aparılıb, hazırda müalicəsi reanimasiya şöbəsində aparılır.

 

Şəki Şəhər-Rayon Polis Şöbəsindən APA-ya verilən məlumatda F. Feyziyevi maşın vurması faktı təsdiqlənib və hadisə barədə araşdırmanın aparıldığı bildirilib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 256
avatar

Oxşar yazılar