Şəkidə 73 yaşlı kişi özünü asıb
10 fevral 2014 10:06 (UTC +04:00)

Şəkidə 73 yaşlı kişi özünü asıb

Şəkidə 73 yaşlı kişi intihar edib.


 

Şəki şəhər-rayon Polis Şöbəsindən APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, hadisə Şəki şəhəri, Tolstoy küçəsi ev 47 ünvanında  qeydə alınıb.

 

Şəki şəhər sakini, 1941-ci il təvəllüdlü Cəlilov Adil Cəlil oğlu özünü yaşadığı evin  həyətyanı sahəsindəki ağacdan asaraq intihar edib.

 

İntihar səbəbləri məlum deyil.

 

Faktla bağlı Şəki Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlayıb, araşdırma aparılır.                                                                                           

 

 

# 613
avatar

Oxşar yazılar