<span style="color:red;">Şahidlər:  "Adımıza götürülən kreditdən xəbərsizik" - <span style="color:red;">MƏHKƏMƏDƏN
07 oktyabr 2016 16:23 (UTC +04:00)

Şahidlər: "Adımıza götürülən kreditdən xəbərsizik" - MƏHKƏMƏDƏN

 

Lisenziyası ləğv edilən "Zaminbank" ASC-nin Cənub filialının sabiq müdiri Müşfiq Bayramovun və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi keçirib.

 

APA-nın məlumatına görə, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə 7 nəfər şahid qismində ifadə verib.

 

Şahid Zivər Məmmədova ifadəsində təqsirləndirilən M. Bayramov tərəfindən onun adına 213 min 910 manat kredit götürüldüyünü, lakin bundan xəbərsiz olduğunu deyib.

 

Tamilla Məmmədova deyib ki, adına 6 min 700 manat kredit götürülüb, ancaq bu puldan xəbəri yoxdur.

 

Həmid Həmidov da ifadəsində deyib ki, təqsirləndirilən M. Bayramov ondan 3 min 500 manatlıq kredit müqaviləsinə qol çəkməsini xahiş edib: "Ancaq mənə heç bir manat da çatmayıb. Sadəcə, onun xahişini yerə salmadım, mənə dedi ki, bir həftəlik pul lazımdır, sonra özüm bağlayacam".

 

Murad Həmidov bildirib ki, bankdan 3000 manat kredit götürüb və sonra borcunu bağlayıb. Hakim qeyd edib ki, M. Həmidovun uşaqlarının adına da kredit götürülüb. M. Həmidov isə bu barədə məlumatının olmadığını deyib.

 

 

Qeyd edək ki, Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, istintaq zamanı “Zaminbank”ın filialın müdiri vəzifəsində işləyən Müşfiq Bayramovun və filial əməkdaşlarının sənədləri saxtalaşdırmaqla ayrı-ayrı şəxslərin adından banka depozit kimi qoyulmuş 49 min manat və 2 min ABŞ dolları məbləğində pulu mənimsəmələrində şübhələr üçün əsaslar olduğundan M.Bayramova Cinayət Məcəlləsinin 179.2.3 (mənimsəmə və ya israf etmə), 179.2.4 və 179.3.2-ci maddələrində, filialın baş mühasibi Nailə İsgəndərovaya və xəzinə müdiri Mehriban İsmayılovaya isə həmin məcəllənin 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddəsində nəzərdə tutulan ittiham elan edilib.

 

İstintaq dövründə dəymiş ziyanın 41 min 300 manatının ödətdirilməsi təmin edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 104
avatar

Oxşar yazılar