Bu yaxınlarda 150 min manat cərimələnən “Qanun” Nəşriyyatının direktoru Şahbaz Xuduoğlu martın 5-də istintaqa çağırılıb. "Qafqazinfo" xəbər verir ki, o, istintaqda 4 saat dindirilib.
Şahbaz Xuduoğlu hadisənin rəzalət, ziyalılara qarşı vergi terroru olduğunu deyib: "Bütün həyatını kitaba həsr et, sonda müstəntiq qarşısında 4 saat ifadə ver. Bu, rəzalətdir, ziyalılara qarşı vergi terorudur".
Bu gün isə nəşriyyata açılmış cinayət işi ilə əlaqədar daha 4 tərcüməçi - “Qobustan” jurnalının baş redaktoru, yazıçı-tərcüməçi Vaqif Əlixanlı, yazıçı Azər Abdulla, şair -tərcüməçi Aysel Əlizadə, tərcüməçi Hökumə Həbibova istintaqa çağırılıblar.
Qeyd edək ki, artıq bir neçə gündür nəşriyyatın işçiləri, nəşriyyatla əməkdaşlıq edən yazıçılar, tərcüməçilər, redaktorlar istintaqa çağırılaraq dindirilir.