Sabirabadda yanğın hadisəsi qeydə alınıb.
APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Sabirabad rayonu, Balakənd kəndində ümumi sahəsi 200 m2 olan ikimərtəbəli 5 otaqlı evin 2 otağının tavanı 55 m2 sahədə yanıb.
Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.