Saatlı rayonunda ev yanıb.
Lent.az FHN-nin saytına istinadən xəbər verir ki, rayonun Çolpı kəndində yanğın hadisəsi olub. Hadisə zamanı ümumi sahəsi 49 m2 olan 2 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.