Rusiyada 2 Azərbaycan vətəndaşına ömürlük həbs cəzası veriləcək
10 fevral 2014 13:32 (UTC +04:00)

Rusiyada 2 Azərbaycan vətəndaşına ömürlük həbs cəzası veriləcək

Rusiya Federasiyasının Krasnoyarsk diyarının Prokurorluğu 2009-cu ildə azərbaycanlı iş adamı Rafiq Məmmədovu, onun sürücüsü və cangüdənini qətlə yetirməkdə təqsirləndirilən iki Azərbaycan vətəndaşına qarşı hazırlanan ittiham aktını təsdiqləyib. APA-nın Rusiya mənbələrinə istinadən verdiyi məlumata görə, cinayət üçün 30 və 33 yaşlı iki azərbaycanlını muzdlu qatil qismində bu işə sövq edən şəxsi hələlik müəyyənləşdirmək mümkün olmayıb. Əvvəlcə o, borcunu qaytarması üçün iş adamına təzyiq göstərmək istəyib, lakin bu nəticə vermədikdə onun və ətrafındakıların qətlini sifariş edib. 

 

Muzdlu qatillər cinayəti törətmək üçün Moskvadan Krasnoyarska gediblər və qətldən sonra paytaxta geri dönüblər. Onlar yaxalandıqdan sonra günahlarını etiraf ediblər. Adları açıqlanmayan bu şəxsləri ömürlük həbs cəzası gözləyir.

 

R. Məmmədov 2009-cu il aprelin 25-də öldürülüb. Onun “Volkswagen Touareg” markalı avtomobili odlu silahdan atəşə tutulub. Başından güllə yarası alan iş adamı keçinib. İş adamını “Jiquli” ilə müşayiət edən 2 kişi də atəşə tutulub və xəstəxanaya aparıldıqdan sonra orada ölüblər.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1273
avatar

Oxşar yazılar