Ukrayna Dövlət Sərhəd Xidmətinin administrasiyası ölkənin hava məkanında Rusiyaya məxsus 7 helikopterin manevr etdiyi haqda bəyanat yayıb.
APA-nın yerli mətbuata istinadən verdiyi məlumata görə, Ukrayna Dövlət Sərhəd Xidməti bu manevrlərin razılaşdırılmamış olduğunu bildirib, habelə müvafiq ikitərəfli sazişlərin pozulması kimi qiymətləndirib.
Həmçinin Balaklava buxtasında, sahildən 1 kilometr aralıda Rusiyanın Qara dəniz donanmasına məxsus “İvanovets” raket katerinin olduğu haqda xəbər yayılıb. Katerin orada dayanmasının əsas səbəbi kimi mühərrikin sıradan çıxması göstərilir.