Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) N. Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının elmi işlər üzrə direktor müavini Elçin Babayev Lent.az-a açıqlamasında deyib ki, bu gün Günəşin səthində ləkələr müşahidə olunmur, lakin burada formalaşmış tac dəliyinin də çox maraqlı forması var, Günəşin görünən diskinin yuxarı hissəsi boyunca yönəlib, təsirini isə 11 və ya 12 oktyabrdan başlayaraq gözlələmək olar".
E. Babayev deyib ki, bu təsir adətən Yerin maqnit sahəsinin həyəcanlaşmasına gətirib çıxarır. Fiziki şəraitdən asılı olaraq (Günəş küləyinin sürətu, planetlərarası maqnit sahəsinin istiqaməti və s.) geomaqnit qasırğası da yarana bilər. Bu dəfə G1 sinifli geomaqnit qasırğası gözlənilir: "Hazırda atmosfer təzyiqi 760 mm.c.t-dur. Geomaqnit indeksi Kp isə hazırda 0-1 arasında dəyişir (maksimum 9 olur), lakin bu, gün ərzində getdikcə artacaq".
***
13:45
Yer kürəsində oktyabrın 13-14-də maqnit qasırğası gözlənilir.
APA-nın xəbərinə görə, bu barədə Rusiyanın “Fobos” hava mərkəzi məlumat yayıb.
Məlumatda bildirilir ki, yaxın günlərdə günəş küləyinin yeni həddə çatması maqnit qasırğasına səbəb olacaq. Bununla əlaqədar oktyabrın 11-12-də, həmçinin oktyabrın 15-də yerin maqnit sahəsində həyəcanlaşma qeydə alınacaq.
Məlumatda həmçinin qeyd edilir ki, bu günlərdə rabitə və elektronika avadanlıqlarının işində kəsintilər, texnogen qəzalar və fəlakətlərin baş verməsi ehtimalı var.
Mütəxəssislər bu günlərdə meteohəssas insanlarda narahatlıq hissi yaranacağı barədə də xəbərdarlıq ediblər.