Daxili işlər naziri, general-polkovnik Ramil Usubov fevralın 22-də Şirvan şəhərində respublikanın 10 rayonundan olan vətəndaşların qəbulunu keçirib. Nazirliyin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, nazir Polis Şöbəsində Şirvan, Sabirabad, Salyan, Neftçala, Hacıqabul, Biləsuvar, İmişli, Zərdab və Saatlı şəhər və rayonlarında yaşayan sakinlərin, eyni zamanda, bölgədə məskunlaşmış Cəbrayıl rayonundan olan məcburi köçkünlərin bir qrupunu qəbul edən nazir onların müraciətlərini dinləyib, qaldırılan məsələlərin operativ şəkildə həll edilməsi üçün aidiyyatı xidmət rəhbərlərinə konkret tapşırıqlar verib.
Müraciətlərin böyük əksəriyyəti görüş zamanı öz həllini tapıb. Polisin səlahiyyətinə aid olmayan məsələlərə dair ərizələrin müvafiq dövlət orqanlarına göndəriləcəyi və onların həllinin nəzarətdə saxlanılacağı diqqətə çatdırılıb.