Qonşularını güllələyən şəxsin dükanı yandırıldı
02 mart 2014 00:56 (UTC +04:00)

Qonşularını güllələyən şəxsin dükanı yandırıldı

Bakıda fevralın 23-də iki polis də daxil olmaqla 4 nəfər qonşusunu güllələyən Gülağa Lətifovun dükanı yandırılıb. AzNews.az-a daxil olan məlumata görə, hadisə G. Lətifovun qonşuları tərəfindən törədilib.

 

Əraziyə polislər və Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri cəlb olunub.

 

Xatırladaq ki, Gülağa Lətifov mübahisə zəminində 4 qonşusunu güllələmişdi. Güllənənlər arasında Suraxanı Rayon Polis Şöbəsinin rəis müavini Akif Nəzərov və onun oğlu Sabunçu polisinin əməkdaşı Asif Nəzərov var idi. Hazırda onlar müalicə olunur.

Güllələnən digər iki qonşu isə dünyasını dəyişib.

 

Onu da qeyd edək ki, insident G. Lətifovun Sabunçu qəsəbəsindəki 68 saylı orta məktəbin balansında olan stadionda çayxana tikdirmək cəhdinə görə yaranıb. Nəticədə G.Lətifov avtomobilində gəzdirdiyi "Vinçester" markalı tüfənglə qonşularına atəş açıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1327
avatar

Oxşar yazılar