Qəzada xəsarət alan 60 yaşlı qadın xəstəxanada öldü
14 yanvar 2017 18:52 (UTC +04:00)

Qəzada xəsarət alan 60 yaşlı qadın xəstəxanada öldü

 

 

Şirvanda ağır yol-nəqliyyat hadisəsi baş verib.

 

 

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Çılpaqlı qəsəbəsində olub.

 

 

Salyan rayonunun Çadırlı kənd sakini, 1984-cü il təvəllüdlü Muradov Rahil Balaməmməd oğlunun idarə etdiyi “Mitsubishi” markalı avtomobil magistral qaz kəmərinin dirəyinə çırpılıb. Nəticədə avtomobildə olan Çadırlı kənd sakini, 1957-ci il təvəllüdlü Muradova Gülbar Qasım qızı, 2014-cü il təvəllüdlü Muradova Səma Zahir qızı və sürücü Muradov Rahil Balaməmməd oğlu Şirvan şəhər xəstəxanasına yerləşdirilib.

 

Reanimasiya şöbəsinə yerləşdirilən 1957-ci il təvəllüdlü Muradova Gülbar Qasım qızı ölüb. 

 

Faktla bağlı Şirvan Rayon Polis şöbəsində araşdırma aparılır.

 

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 253
avatar

APA Baycan

Oxşar yazılar