Millət vəkili Qənirə Paşayeva Alman-Azərbaycan Mədəniyyət Cəmiyyətinin sədri Təranə Tağıyeva ilə görüşüb. Lent.az-ın məlumatına görə, görüşdə Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinin diqqətinə daha geniş şəkildə çatdırılması üçün Azərbaycan diaspora təşkilatlarının üzərinə düşən vəzifələrə toxunan Q. Paşayeva bu işdə türk diaspora təşkilatları ilə birgə hərəkət etmələrinin vacibliyini qeyd edib: “Harada doğulmasından və yaşamasından asılı olmayaraq hər bir türk insanının, dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən Azərbaycan və türk diaspora təşkilatlarının Xocalı Soyqırımı, Qarabağ həqiqətlərinin dünyaya çatdırılması, bu soyqırımı törədənlərin öz layiqli cəzasını alması üçün birlikdə çalışmalarını sürətləndirməlidir ”.
Alman-Azərbaycan Mədəniyyət Cəmiyyətinin sədri T. Tağıyeva Almaniyada fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatları və bütün Türk diaspor təşkilatları ilə sıx əməkdaşlıq etdiklərini, Azərbaycan həqiqətlərinin yayılması və təbliği istiqamətində səylərini bundan sonra daha da artıracaqlarını bildirib.
Görüşün sonunda Q. Paşayeva T. Tağıyevaya Azərbaycanla bağlı və özünün müəllifi olduğu kitabları hədiyyə edib.