Qazax rayon sakinindən külli miqdarda heroin aşkar edilib.
Lent.az Daxili İşlər Nazirliyinin ( DİN ) saytına istinadən bildirir ki, Nəsimi RPİ əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə rayon sakini, əvvəllər məhkum olunmuş Taryel Ozbetaşvilidən 530 qram heroin götürülüb.
Bundan başqa, Nərimanov RPİ 18-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində isə fevralın 6-da Bakı şəhər sakini Yaşar Mövsümovdan 3 kiloqram 345 qram marixuana aşkar edilərək götürülüb.
Ötən gün Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşları tərəfindən Xətai rayonu ərazisində əməliyyat – axtarış tədbirləri keçirilib.
Əməliyyat zamanı Hacıqabul rayon sakinləri Ayət Orucovdan və Pünhan Dostəliyevdən 6,415 qram, P.Dostəliyevin idarə etdiyi "Mercedes" markalı avtomobilə baxış zamanı isə 450 qram marixuana aşkar edilərək götürülüb.