Qazi jurnalistimizə kömək olaq!
05 mart 2014 15:51 (UTC +04:00)

Qazi jurnalistimizə kömək olaq!

0

Kəlbəcər rayonundan məcburi köşkün, Qarabağ müharibəsi veteranı, jurnalist Məmmədli Müslüm Müseyib oğlunun səhhəti ilə bağlı bir qrup jurnalist və Qarabağ döyüşçüsü prezident İlham Əliyevə müraciət edib. Lent.az-ın məlumatına görə, müraciətdə deyilir:

“Yazıb sizə bildiririk ki, həmkarımız, 1973-cü ildə Kəlbəcər rayonunun Bəzirxana  kəndində anadan olmuş Məmmədov Müslüm Müseyib oğlu 2011-ci ildən hepatit C virusu və qara ciyərin ağır serrozu xəstəliklərindən əziyyət çəkir. Həkimlər onun müalicəsinin Azərbaycanda mümkün olmadığını bildirirlər.

Müslüm Məmmədov 1991-1994-cü illərdə Kəlbəcər və Ağdərə uğrunda gedən döyüşlərdə iştirak edib, erməni qəsbkarlarına qarşı digər döyüş  yoldaşları kimi sona qədər vuruşub. Kəlbəcərin işğalından sonra döyüş yoldaşları ilə birlikdə öz postlarını tərk etmədiklərindən 10 gün ermənilərin mühasirəsində qalıblar. Sonradan çox çətinliklə mühasirəni yararaq xilas ola biliblər. O Qarabağ müharibəsi veteranıdır. Kəlbəcər işğal olunduqdan sonra məcburi köçkün kimi Bakı şəhərində sahəsi 20 kv/m olan kohnə həyət evində  ailəsi ilə müvəqqəti məskunlaşıb.

Müslüm Məmmədov BDU-nun Sosial elmlər fakültəsinin fəlsəfə pilləsini fərqlənmə diplomu ilə başa vurub. “Vətəndaş həmrəyliyi”, “Xalq cəbhəsi”, “Üç nöqtə”, “Yeni zaman”, “Vəhdət”, “Neytral”, “Azərbaycan naminə”, “Himayədar” və digər müxtəlif mətbuat orqanlarında jurnalit kimi fəaliyyət göstərib. 2011-ci ildə dişindən müalicə olunan zaman həkimlərin səhlənkarlığı nəticəsində hepatit C virusuna yoluxub. Bir müddət Bakıda müalicə olunduqdan sonra 2011-2012-ci illərdə İran İslam Respublikasinda da müalicə olunub. Ancaq vəziyyəti getdikcə ağırlaşıb. Həkimlərin rəyinə görə, onda qara ciyər serrozu bas vermisdir. Bunun müalicənin isə ancaq Türkiyədə və ya Almaniyada mümkün olduğunu bildirirlər”. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 802

Oxşar yazılar