Qanunsuz yolla telefon və siqaret gətirmək istədi
15 oktyabr 2016 12:09 (UTC +04:00)

Qanunsuz yolla telefon və siqaret gətirmək istədi

0

Xaçmaz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan əməliyyat məlumatına əsasən  Azərbaycan vətəndaşının idarə etdiyi nəqliyyat vasitəsinə baxış keçirilib.

 

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, yoxlama zamanı Rusiya istiqamətindən İdarənin “Xanoba”  gömrük postunun ərazisinə daxil olan avtomobildən gömrük nəzarətindən gizlədilmiş 9 ədəd  “Samsung GalaxY Prim” markalı mobil telefon, 20 ədəd boş mobil telefon qutusu və 6 800 ədəd xarici markalı siqaret aşkar edilərək götürülüb.

 

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 260

Oxşar yazılar