Azərbaycan Dillər Universitetinin tədris işləri üzrə prorektoru, professor Natiq Yusifov uzun sürən xərçəng xəstəliyindən sonra bu gün səhər dünyasını dünyasını dəyişib. Lent.az-ın məlumatına görə, bu barədə modern.az-a Azərbaycan Dillər Universitetinin mətbuat xidmətinin rəhbəri Zeynəb Kazımova məlumat verib.
Modern.az-ın məlumatına görə, Natiq Yusifov 1948-ci ildə Qəbələ rayonunda anadan olub. Orta məktəbi bitirdikdən sonra Azərbaycan Pedaqoji Dillər İnstitutunun Qərbi Avropa dilləri fakültəsinə İngilis və Azərbaycan Dillər ixtisasına qəbul olunub, 1971-ci ildə həmin ixtisası fərqlənmə diplomu ilə bitirib. İnstitut Elmi Şurasının qərarı ilə 1971-ci ilin sentyabrından İngilis dili kafedrasının müəllimi vəzifəsinə işə qəbul olunub. 1973-cü ildə həqiqi hərbi xidmətdə olub. Hərbi xidmətdən sonra əmək fəaliyyətini Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunun İngilis dili fakültəsində davam etdirib.
1975-1978-ci illərdə həmin institutun aspiranturasında German Dilləri ixtisası üzrə təhsil alıb və 1985-ci ildə Pyatiqorsk Dövlət Xarici Dillər İnstitutunda German Dilləri ixtisası üzrə “İngilis dilində səs təqlidi sözlərin struktur-semantik təhlili” mövzusunda dissertasiya müdafiə edərək, f.e.n. alimlik dərəcəsi alıb. 1986-cı ildə 1№li Leksika kafedrasının dosenti seçilib. 1990-2009-cu illərdə İnstitutun İngilis dilinin Leksikologiyası kafedrasının müdiri, 2009-2010-cu illərdə İngilis dili fakültəsinin dekanı vəzifələrinə müsabiqə yolu ilə seçilib.
2000-ci ildən indiyədək Azərbaycan Dillər Universitetinin tədris işləri üzrə prorektoru vəzifəsini tutub.
45-dən çox elmi məqalənin, dərsliyin, fənn proqramlarının, monoqrafiyanın müəllifidir.
1998-ci ildən indiyədək həm də Azərbaycan Dillər Universitetinin İngilis dilinin Leksikologiyası kafedrasında pofessor idi.
Üç övladı var.
Prorektor vəfat edib
2331