Prezident İlham Əliyev fevralın 10-da “BTB” Bankının prezidenti Andrey Kostini qəbul edib. Lent.az-ın məlumatına görə, görüşdə Azərbaycanla Rusiya arasında digər sahələrdə olduğu kimi, iqtisadi sahədə də əlaqələrin uğurla həyata keçirildiyi vurğulanıb.
Azərbaycanın müvafiq qurumları ilə “VTB” Bankı arasında əməkdaşlığın bu əlaqələrin daha da genişləndirilməsi baxımından əhəmiyyəti qeyd olunub, əməkdaşlığımızın perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.