Polisi bıçaqlayanın kimliyi məlum olub - <span style="color:red;">YENİLƏNİB
11 mart 2014 23:35 (UTC +04:00)

Polisi bıçaqlayanın kimliyi məlum olub - YENİLƏNİB

0

Zaqatalada polis zabitinə bıçaq xəsarətləri yetirən şəxsin kimliyi məlum olub.

 

Məlumata görə, cinayəti törədən Zaqatala şəhəri, Dağıstan küçəsi, ev 14-də yaşayan Camalov Ceyhun Camal oğludur.

 

Hüquq-mühafizə orqanlarından APA-ya verilən xəbərə görə, polis kapitanı Anar Zeynalova bıçaq xəsarətləri yetirən Camalov Ceyhun Camal oğlu hadisə yerindən qaçıb. Hazırda Camalovun istintaqa cəlb edilməsi istiqamətində axtarış-əməliyyat tədbirləri davam etdirilir.

 

Faktla bağlı Zaqatala Rayon Prokurorluğunda cinayət işi başlanıb. 

***

20.50

Zaqatalada polis əməkdaşı bıçaqlanıb.

Zaqatala Mərkəzi Rayon Xəstəxanasından APA-nın Şəki-Zaqatala bürosuna verilən xəbərə görə, axşam saat 20 radələrində Anar Zeynalov boğaz və kürək nahiyəsindən kəsilmiş-deşilmiş bıçaq xəsarətləri ilə xəstəxanaya daxil olub.  O, hazırda cərrahiyyə şöbəsindədir, üzərində əməliyyat aparılır. 

 

Onun vəziyyətinin ağır olduğu bildirilir.

 

Zaqatala rayon  hüquq-mühafizə orqanlarından APA-ya verilən məlumata görə, Anar Zeynalov Zaqatala RPŞ əməkdaşıdır, kapitan rütbəsində sahə müvəkkilidir.

 

Hadisənin  təfərrüatları hələlik məlum deyil.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1778

Oxşar yazılar