Polis “Niva”dan 10 kq narkotik götürdü
05 yanvar 2017 14:04 (UTC +04:00)

Polis “Niva”dan 10 kq narkotik götürdü

0

İsmayıllı rayon sakinləri narkotik vasitələrin dövriyyəsi ilə məşğul olduqları üçün saxlanılıblar. Lent.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində paytaxtın Yasamal rayonu ərazisində İsmayıllı rayon sakinləri Mərdan Mehrəliyev və Şükür Hümbətov narkotik vasitələrin dövriyyəsi ilə məşğul olduqları üçün saxlanılıb.

  

M.Mehrəliyevin idarə etdiyi "Niva" markalı avtomobilə baxış zamanı 10 kiloqram 410 qram marixuana aşkar edilərək götürülüb.

 

 

Araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 436

Oxşar yazılar