Piyadanı öldürüb 8 gün gizləndi
03 mart 2014 11:32 (UTC +04:00)

Piyadanı öldürüb 8 gün gizləndi

0

Bakıda 8 gün əvvəl avtomobillə piyadanı vuraraq öldürmüş sürücü tapılaraq saxlanılıb

Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, fevralın 23-ü saat 23:50 radələrində Maştağa qəsəbəsində naməlum avtomobil qəsəbə sakini Habil Bədəlovu vurub. 

Zərərçəkmiş xəstəxanaya daxil olub, lakin həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb və H.Bədəlov fevralın 24-də orada olüb.

Keçirilmiş əməliyyat tədbirləri nəticəsində, hadisəni törətməkdə şübhəli bilinən Oruc Sadıqov idarə etdiyi "Mercedes" markalı avtomobillə birlikdə Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 933

Oxşar yazılar