Pərviz Həşimlinin işi üzrə ibtidai istintaq yekunlaşıb
06 fevral 2014 21:38 (UTC +04:00)

Pərviz Həşimlinin işi üzrə ibtidai istintaq yekunlaşıb

Həbsdə olan “Bizim yol” qəzetinin əməkdaşı Pərviz Həşimlinin cinayət işi üzrə ibtidai istintaqın yekunlaşması vəkillərə elan olunub. APA-nın məlumatına görə, növbəti gündən vəkillər P. Həşimlinin cinayət işi üzrə materiallarla tanış olmağa başlayacaqlar.

 

Qeyd edək ki, P. Həşimli ötən il sentyabrın 17-də Milli Təhlükəsizlik Nazirliyinin (MTN) əməkdaşları tərəfindən həbs edilib. O, Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq) və 228.2.1-ci (qanunsuz olaraq odlu silah əldə etmə, saxlama) maddələri ilə ittiham olunur.

 

P. Həşimli barəsində Səbail Rayon Məhkəməsində həbs-qətimkan tədbiri seçilib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 380
avatar

Oxşar yazılar