Bakıda oğurluğa cəhd etmiş 2 nəfər tutulub. Lent.az Baş Mühafizə İdarəsinə istinadən xəbər verir ki, dünən saat 19:45 radələrində Nizami rayonu, Q.Qarayev prospektində yerləşən “New Yorker” geyim mağazasından Mərkəzi Mühafizə Məntəqəsinə “həyəcan” siqnalı daxil olub. Dərhal hadisə yerinə Nizami rayon Mühafizə İdarəsinin əməkdaşları gəlib. Mağazadan ümumi dəyəri 130 manat olan geyim əşyalarını oğurlayıb qaçmaq istəyən 1997-ci il təvəllüdlü Nəcməddinli Məhəmməd Tahir oğlu və 1998-ci il təvəllüdlü Ömərov Murad Mehman oğlu saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.