Pakistanın tərəvəz bazarında partlayış: <span style="color:red;">20 ölü, 49 yaralı
21 yanvar 2017 11:09 (UTC +04:00)

Pakistanın tərəvəz bazarında partlayış: 20 ölü, 49 yaralı

0

Pakistanın Kurram vilayətində tərəvəz bazarında partlayış törədilib.

 

Lent.az-ın "Dawn.com-a  istinadən verdiyi məlumata görə, partlayış nəticəsində 20 nəfər həlak olub, 49  nəfər yaralanıb.

 

Hadisə Paraçinar şəhərində “Sabzi Mandi” tərəvəz marketində bu gün səhər saatlarında baş verib. Partlayışın əldəqayırma qurğu ilə törədildiyi bildirilir.

Partlayışa görə hələlik heç bir qruplaşma məsuliyyəti üzərinə götürməyib.  

Xatırladaq ki, 2015-ci ildə də Paraçinarda marketdə baş verən oxşar partlayış zamanı da  25 nəfər həlak olmuşdu.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 253

Oxşar yazılar