Özünü 5-ci mərtəbədən atmaq istədi
05 fevral 2014 14:57 (UTC +04:00)

Özünü 5-ci mərtəbədən atmaq istədi

Bu gün Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Şabran şəhərində 1 nəfər vətəndaşın beşmərtəbəli  yaşayış binasının 5-ci mərtəbəsindən özünü atmaqla intihara cəhd etməsi barədə məlumat daxil olub. Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Şabran  Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Aparılmış psixoloji danışıqlar nəticəsində vətəndaşın könüllü şəkildə enməsinə nail olublar.

 

Əməliyyat saat 12:40-da başa çatıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 862

Oxşar yazılar