Oğul anasını öldürdüyü barədə polisə yalan məlumat verdi
30 yanvar 2014 12:27 (UTC +04:00)

Oğul anasını öldürdüyü barədə polisə yalan məlumat verdi

Bakı sakini anasını öldürdüyü barədə polisə yalan məlumat verib. Nəsimi Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, Bakı şəhər sakini, Abbas Səhhət küçəsi, ev 29-da yaşayan 1972-ci il təvəllüdlü Əvəz Müseyib oğlu Xıdırov “102” xidmətinə zəng edərək anası, 1941-ci il təvəllüdlü Nərgiz Xıdırovanı qətlə yetirdiyini bildirib.

 

Hadisə yerinə hüquq-mühafizə orqanları gəlib və məlum olub ki, N. Xıdırova xəstəlikdən dünyasını dəyişib.

 

Polisdən, həmçinin bildirilib ki, Ə. Xıdırov  “102” xidmətinə məlumat verərkən içkili olub. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1338

Oxşar yazılar