Bu gün Rusiyada müşahidə olunan qarlı hava şəraiti ilə əlaqədar «Ural Airlines» şirkətinin Novosibirsk-Bakı marşrutu üzrə 3299 nömrəli aviareysində ləngimə müşahidə olunub. Bu barədə «APA-Economics»ə Heydər Əliyev Beynəlxalq Hava Limanından məlumat verilib.
Belə ki, «Airbus-320» təyyarəsi ilə həyata keçirilən bu aviareys Novosibirskdən saat 07:25-də yerinə yetirilməsi planlaşdırılsa da, hava şəraiti ilə əlaqədar reys təxminən 2 saat təxirə salınıb. Nəticədə, təyyarə saat 09:25-də havaya qalxıb və onun 11:30-də Bakıda eniş etməsi gözlənilir.
Xatırladaq ki, Bakı-Novosibirsk aviareysi həftənin I və V günləri saat 11:55-də yerinə yetirilir.