İtkin düşən neftçinin meyiti Bakıya gətirildi
12 yanvar 2016 19:09 (UTC +04:00)

İtkin düşən neftçinin meyiti Bakıya gətirildi

0
 
Xəbər verildiyi kimi, Xəzər dənizinin Türkmənistan sektorunda “Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş qəza nəticəsində itkin düşən neftçi Qasımov Mübariz Dilqəm oğlunun meyiti aşkar edilib. Lent.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, bu gün cəsədin gətirilməsi üçün Türkmənistana yola düşmüş Fövqəladə Hallar Nazirliyinin “BE-200ÇS” amfibiya tipli təyyarəsi axşam saatlarında geri qayıdıb. Neftçi Qasımov Mübariz Dilqəm oğlunun nəşi vətənə gətirilib və aidiyyətı üzrə təhvil verilib.
 
 
 
Mərhumun dəfn mərasimi yanvarın 13-də Tovuz rayonunun Aşağı Mülkülü kəndində keçiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 211

Oxşar yazılar