Neft daşlarında faciə: fəhlə dənizə düşərək boğuldu
02 dekabr 2013 18:59 (UTC +04:00)

Neft daşlarında faciə: fəhlə dənizə düşərək boğuldu

Bu gün “Neftqaztikinti” Trestinin əməkdaşı dənizdə həlak olub. Bu barədə Lent.az-a Dövlət Neft Şirkətindən məlumat verilib. Belə ki, “Neftqaztikinti” Trestinin 3 saylı Tikinti-Quraşdırma İdarəsinin “Günəşli” yatağındakı 11-ci dərin dəniz özülündə təmir işləri aparan 4-cü dərəcəli quraşdırıcısı, 1980-ci il təvəllüdlü İqor Xvatov naməlum səbəbdən dənizə düşərək ölüb. Mərhumun meyidi dənizdən çıxarılaraq sahilə yola salınıb. 

Özülə göndərilmiş xüsusi komissiya hadisənin təfərrüatlarını araşdırır. Araşdırmanın nəticəsi barədə əlavə məlumat veriləcək.                               

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1588
avatar

Oxşar yazılar