
Nabranda yaralanan 3 yaşlı İmranın ayağına protez qoyulub
Almaniyanın "Charite" Klinikalar Mərkəzinin uşaq cərrahiyə şöbəsində müalicə olunan 3 yaşlı İmran Cəfərzadənin ayağına protez qoyulub. Həkimlər balacanın yeriməsinə çalışırlar. Azərbaycanın Almaniyadakı səfirliyinin mətbuat attaşesi Vüqar Qafarov azyaşlının vəziyyəti barədə APA TV-yə danışıb:"İmran Cəfərzadənin "Bavaria" reabilitasiya mərkəzində fizioterapiya kursları davam edir. Hazırda həkimlər İmranın müxtəlif sınaq protezlərin köməyilə yeriməsinə nail olmağa çalışırlar. İmranın dizdən aşağı qopmuş ayağının protez vasitəsilə hərəkətliyi təmin olunduqdan sonra onun ayağına fərdi qaydada uyğunlaşdırılmış protez qoyulacaq. İmran protezi tam mənimsədikdən sonra müalicəyə rəhbərliyi həyata keçirən "Charite" klinikası məqsədəuyğun hesab edərsə, o, Azərbaycana geri qayıda bilər. Hazırda isə həkimlər tərəfindən konkret vaxt söylənməyib. Onun qayıtmağı protezi mənimsəməyindən aslıdır".
İmran Cəfərzadənin Almaniyadakı müalicəsi Azərbaycan prezidenti İlham Əliyevin göstərişi əsasında, Heydər Əliyev Fondunun dəstəyi və Azərbaycanın Almaniyadakı səfirliyinin təşkilatçılığı ilə həyata keçirilir.
Oxşar yazılar

Hacıqabul sakinini "tok" vurub öldürdü
9 iyul 2025 , 01:34
Gədəbəydə yol qəzası: 4 nəfər yaralandı-YENİLƏNİB
8 iyul 2025 , 22:45
Bakıda kişi sirkədən zəhərlənib öldü
8 iyul 2025 , 19:33
Sabirabadda ana doğuş zamanı öldü
8 iyul 2025 , 19:00
Ruben Vardanyanın məhkəməsində zərərçəkənlər və hüquqi varislər ifadə verib
8 iyul 2025 , 18:31
Abşeronda kişi evinin yanındakı quyuya düşdü
8 iyul 2025 , 18:18
Azərbaycanda icra hakimiyyəti binasında FACİƏ: gənc usta öldü
8 iyul 2025 , 15:39