Müdafiə Nazirliyinin qonaqları “Şərəf Kitabı”nı imzalayacaq
11 mart 2014 11:32 (UTC +04:00)

Müdafiə Nazirliyinin qonaqları “Şərəf Kitabı”nı imzalayacaq

0

Azərbaycan Müdafiə Nazirliyində yüksək rütbəli qonaqların qarşılanması qaydasına dəyişiklik edilib.


 

APA-nın məlumatına görə, yeni qaydaya əsasən, Azərbaycan Müdafiə Nazirliyinə gələn xarici ölkələrin müdafiə nazirləri, Baş Qərargah rəisləri və yüksək vəzifəli ordu rəsmiləri qarşılanma mərasimindən sonra nazirliyin foyesində «Şərəf Kitabı»nı imzalayacaq.

 

Ötən gün Türkiyə Quru Qoşunları komandanı, ordu generalı Hulusi Akarın Azərbaycana səfəri zamanı bu prosedurdan istifadə olunub.

 

Türkiyə Silahlı Qüvvələrində yer alan bu qayda indiyədək Azərbaycanda yalnız DİN Daxili Qoşunlarında tətbiq edilib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 698

Oxşar yazılar