Müdafiə Nazirliyi Rahim Əliyevin ölümü ilə bağlı məlumat yaydı
21 yanvar 2018 14:56 (UTC +04:00)

Müdafiə Nazirliyi Rahim Əliyevin ölümü ilə bağlı məlumat yaydı

Müdafiə Nazirliyi hərbçinin ölümü ilə bağlı məlumat yayıb. Lent.az nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, təlim mərkəzlərindən birində məşğələ keçirilən zaman bədbəxt hadisə nəticəsində həlak olan hərbi qulluqçu Əliyev Rahim Əhməd oğlu hərbi rituallara uyğun olaraq dəfn olunub.

 

Faktla bağlı Hərbi Prokurorluq tərəfindən araşdırma aparılır.

 

Müdafiə Nazirliyinin rəhbərliyi həlak olan hərbi qulluqçunun əzizlərinə və yaxınlarına dərin hüznlə başsağlığı verir!

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 321
avatar

Oxşar yazılar