Müdafiə naziri Hərbi Dəniz Qüvvələrinin yeni bazasında olub
28 noyabr 2013 17:46 (UTC +04:00)

Müdafiə naziri Hərbi Dəniz Qüvvələrinin yeni bazasında olub

Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov və Müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov Hərbi Dəniz Qüvvələrinin yeni bazasında olublar.


 

Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, generallar Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş komandanı İlham Əliyevin sərəncamı və tapşırığına əsasən yaradılan hərbi bazanın ərazisindəki vəziyyətlə və inşası davam etdirilən obyektlərdəki işlərlə tanış olublar.

 

Müdafiə naziri hərbi-dəniz bazasındakı qərargah binası, yataqxana, tibb məntəqəsi, yeməkxana və məişət kompleksi, zabitlərin və onların ailələrinin yaşaması üçün yaşayış binalarındakı tikinti-tamamlama işlərinin yekunlaşdırılması, o cümlədən aparılan digər inşaat işlərinin sürətlə davam etdirilməsi ilə əlaqədar tapşırıqlar verib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1832
avatar

Oxşar yazılar