Azərbaycan prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin göstərişinə əsasən, hərbi hissələrdə tikinti-inşaat işləri davam etdirilir.
Lent.az Müdafiə Nazirliyinin saytına istinadən xəbər verir ki, nazirliyin rəhbərliyi cəbhəboyu zonada tikilməkdə olan bir sıra hərbi obyektlərdə olub.
Tikintilər aparılan ərazilərə baxış keçirən müdafiə naziri, general-polkovnik Zakir Həsənov inşaat işlərinin gedişatını yoxlayıb və müvafiq tapşırıqlar verib.