Mövqelərimiz atəşə tutulub
10 mart 2014 09:37 (UTC +04:00)

Mövqelərimiz atəşə tutulub

0

Cəbhədə vəziyyət gərgin olaraq qalır. Müdafiə Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, erməni silahlı bölmələri dünən və bu gecə Ağdam rayonunun Şıxlar, Cəvahirli, Goranboy rayonunun Gülüstan, Tapqaraqoyunlu, Cəbrayıl rayonunun Mehdili, Tərtər rayonunun Qızıl Oba kəndləri yaxınlığında və Göygöl rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutublar. 

Düşmən cavab atəşi ilə susdurulub.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 381

Oxşar yazılar