Mövqelərimiz 23 dəfə atəşə tutulub
03 mart 2014 10:01 (UTC +04:00)

Mövqelərimiz 23 dəfə atəşə tutulub

Cəbhədə vəziyyət gərgin olaraq qalır. Müdafiə Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimi ümumilikdə 23 dəfə pozulub.

Erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının İcevan rayonunun Ayqepar Berkaber və Noyemberyan rayonunun Voskepar kəndində yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı və Aşağı Əskipara kəndlərində yerləşən mövqelərimizi atəşə tutublar.
Füzuli rayonunun Horadiz, Qaraxanbəyli, Qorqan, Ağdam rayonunun Şuraabad, Kəngərli, Cəbrayıl rayonunun Mehdili, Goranboy rayonunun Gülüstan kəndləri yaxınlığında yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub. 
Düşmən cavab atəşi ilə susdurulub.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 377
avatar

Oxşar yazılar