Martın 27-də Misirin baş prokuroru barəsində ölüm hökmü çıxarılmış “Müsəlman qardaşları” hərəkatının 529 fəalının edamının təxirə salınması haqda göstəriş verib.
Lent.az-ın “nysuru”-ya istinadən məlumatına görə, ölümü məhkum edilənlər arasında yetkinlik yaşına çatmayan iki nəfər də var.
Misirin Ali Məhkəməsi hərəkatın 529 fəalını polis rəisinin müavini Matay Musta əl-Əttarın ölümündə ittiham edərək, barələrində edam hökmü qərarı çıxarmışdı.
Mənbə xatırladıb ki, polis zabiti 2013-cü ilin avqustunda Qahirədə etiraz nümayişini dağıdan zaman öldürülmüşdü.