APA-nın Mil-Muğan bürosunun məlumatına görə, ağır tonnajlı avtomobilin yükünün körpüyə ilişməsi nəticəsində avtomobil körpünün üstündə dar yolda hərəkətsiz qalıb. Nəticədə hər iki istiqamətdə avtomobillərin hərəkətində ciddi problem yaranıb.
APA-nın hadisə yerində olan əməkdaşı xəbər verir ki, artıq 3 saata yaxındır, Sabirabad-Şirvan və əks istiqamətdə avtomobillər tək-tək, çox çətinliklə hərəkət edir.
Nəticədə ərazidə minlərlə avtomobilin tıxacı yaranıb.
Qeyd edək ki, Kür çayı üzərindəki körpüyə paralel yeni körpü inşa olunur.