TÜRKSOY-un Baş Qərargahında tədbir keçirilib. Lent.az-ın məlumatına görə, tədbirdə Milli Məclisin üzvü Qənirə Paşayeva və mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyevə TÜRKSOY-un “20-ci il” medalı təqdim edilib.
TÜRKSOY-un baş katibi Düsen Kaseinov, TÜRKSOY-un quruluşunun 20-ci ildönümü xatirəsinə, Türk Dünyası mədəniyyət, sənət və elm sahəsində üstün xidmətlər göstərən şəxslər üçün hazırlanan medalın millət vəkili Q. Paşayevaya və V. Əliyevə təqdim etməkdən son dərəcə məmnun olduğunu deyib.