Bakıda mənşəyi bilinməyən heyvan leşləri aşkarlandı
29 dekabr 2017 13:34 (UTC +04:00)

Bakıda mənşəyi bilinməyən heyvan leşləri aşkarlandı

0

Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən Qaradağ rayonunun Sahil qəsəbəsi ərazisində “Geely” markalı avtomobil şübhə doğurduğundan saxlanılıb.

 

DİN-nin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Saatlı rayon sakini Zakir Fətəliyevin idarə etdiyi həmin nəqliyyat vasitəsinin yük yerinə baxış zamanı oradan heyvan leşləri aşkar edilərək götürülüb. Araşdırmlar zamanı sürücü onların 2 ədəd dağ keçisi, 2 ədəd porsuq və 4 ədəd dovşana aid olduğunu və onları aldığını bildirib.

 

Götürülmüş cəsədlər müayinə olunmaq üçün ekspertizaya təqdim olunub.

 

Rəydən sonra məsələyə hüquqi qiymət veriləcək. Qaradağ Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 425

Oxşar yazılar