Məşhur şairin oğlu vəzifədən getdi
12 fevral 2014 17:11 (UTC +04:00)

Məşhur şairin oğlu vəzifədən getdi

AMEA Əlyazmalar İnstitutunun direktoru vəzifəsini icra edən, filologiya üzrə elmlər doktoru Paşa Kərimovun icra səlahiyyətləri dayandırılıb. Bu barədə Lent.az-a AMEA-dan məlumat verilib. Bununla bağlı qərar AMEA Rəyasət Heyətinin bu gün keçirilmiş iclasında qəbul olunub.

Qeyd edək ki, direktor səlahiyyətinə P.Kərimovun öz xahişi əsasında xitam verilib. Rəyasət Heyətinin digər bir qərarı ilə institutun direktoru və Elmi şurasının sədri vəzifəsini AMEA-nın müxbir üzvü T. Kərimli icra edəcək.

 

Qeyd edək ki, Paşa Kərimov şair Əli Kərimin oğludur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3259

Oxşar yazılar